23 Noyabr 2024 16:17

Türk dövlətlərinin GÜC MƏNBƏYİ: Azərbaycan-Türkiyə birliyi

Azadsöz.az xəbər verir ki, tarix boyu böyük güclərin yaratdıqları maneələrə, çətinliklərə baxmayaraq Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmağı bacarıb. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçsə də, bu sınaqlardan güclü siyasi iradə, qətiyyətli qərarlar xalqı irəliyə aparmaq əzmindən asılı olaraq bu gün özünün ən yaxşı dövrünü yaşayır.

Danılmaz faktdır ki, bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz regionda və qlobal sferada baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir.Biz bunun bariz nümunəsini İkinci Qarabağ müharibəsində gördük. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında əhəmiyyətli rol oynadı. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə qardaş ölkələrin həm də hərbi-siyasi əməkdaşlığına, iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi desək yanılmarıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə, bəlkə də, ən yüksək səviyyədədir”.

Qarşılıqlı əməkdaşlığın növbəti ən yüksək göstəricisi kimi 2021-ci il iyun ayının 15-də Şuşada iki ölkənin dövlət başçılarının 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalamalarını qeyd etmək olar. Bəyannamədə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişafını təmin etmək nəzərdə tutulur. Eyni zamanda Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Bununla yanaşı, tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri də burada qeyd olunub.

Bütün bu sadalanan məsələlər deməyə əsas verir ki, Azərbaycan-Türkiyə əlaqələri davamlıdır. Qətiyyət şübhə edilmir ki, ikitərəfli münasibətlərimiz bundan sonra da uğurla inkişaf edəcək. Məhz Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu regionda, bölgədə davamlı sülhün əldə olunması, bərqərarı üçün əsas amillərdən biridir. Danılmaz faktdır ki, bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına mühüm töhfədir. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr günü-gündən strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir.

Məhz Bakı ilə Ankaranın istənilən aspektdən münasibətlərinin yüksək səviyyədə olması eyni zamanda Türk Dövlətlərinin də ümumi əlaqələrinin daha da sıxlaşması məsələsində olduqca böyük rola sahibdir. TDT bunun ən bariz nümunəsidir. İndi Türk dövlətləri heç vaxt olmadıqları qədər bir-birinə qarşı dostluq və həmrəylik nümayiş etdirir. Bu proseslərin xüsusilə də dünyada mürəkkəb dövrün davam etdiyi zamanda cərəyan etməsi Türk dövlətlərinin bir-birini daha sıx tutmasına, birliyini-həmrəyliyini göz bəbəyi kimi qorumasına zəmin yaradır.

Hazırda Türk dövlətləri arasında bütün istiqamətlərdə yüksək səviyyədə iş aparılır. Edilən səfərlər, aparılan əhəmiyyətli görüşlər, imzalanan sənədlər əlaqələri daha da genişləndirir. Eyni zamanda bu əlaqələr beynəlxalq təşkilatların tərkibində də aparılır. Bu da Türk dövlətləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu və bundan sonra daha güclü şəkildə bu birliyi qoruyub saxlamağın mümkün olacağını deməyə tutarlı əsas yaradır.

Bakı və Ankaranın bu birliyi daha yüksək səviyyəyə qaldırmaq üçün atdıqları son addımlar gələcəyə daha ümidli baxmaq üçün yetəri qədər səbəb verir. Türk dövlətlərini əsrlərdir bir-birinə bağlayan tarixi, etnik, dini köklər formalaşan yeni dünya nizamı fonunda daha da dərinləşməyə başlaması bunun ən böyük təzahürüdür.

Bu məqamda xüsusən də Vətən müharibəsindəki zəfərimizi qeyd etmədən keçə bilmərik. Bu Zəfər türk dövlətləri arasında vəhdəti daha da genişləndirdi, dərinləşdirdi. Həm müharibə zamanı, həm də ondan sonra dünyanın bir çox ölkələrinin sərgilədiyi qərəzli yanaşma fonunda türk dövlətləri açıq şəkildə Azərbaycanın haqq savaşının yanında olduğunu nümayiş etdirməklə bu birliyim sarsılmaz olacağını göstərmiş oldu.

Qeyd etmək lazımdır ki, dünyada alovlanan bəzi münaqişə ocaqlarının yaratdığı təhlükədən türk ölkələrinin yerləşdiyi coğrafiya da sığortalanmayıb. Elə bu baxımdan da bu gün Türk dövlətlərinin birliyi, bir-birinin haqq savaşında yanında olması, onun səsinə səs verməsi olduqca önəmli məsələdir.

Türk dövlətlərinin birliyinin sarsılmazlığı məsələsində Azərbaycan-Türkiyə münasibətləri yenə də əsas prioritetlərdən hesab edilir. Elə bu mövzudan yola çıxmış olsaq, Prezident İlham Əliyevin Ankaraya son səfərini təkcə Azərbaycan və Türkiyə üçün yox, bütövlükdə region və Türk dövlətləri üçün də olduqca vacib hesab edə bilərik. Şahid oluruq ki, bu gün Azərbaycanla Türkiyənin əlaqələri yeni keyfiyyət halı alır. Torpaqların işğaldan azad olması tərəflərin regional və qlobal əhəmiyyətli yeni layihələri həyata keçirməyə, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığı inkişaf etdirməyə əlavə imkanlar yaradır, yollar açır.

Azərbaycan Prezidenti Ankarada Türkiyənin dünya miqyasında artan nüfuzundan danışarkən deyib: “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”.

O, xüsusilə vurğulayıb ki, Türkiyənin güclənməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Dövlətimizin başçısı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşdən sonra mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin yeni istiqamətlərini də açıqlayarkən, Türkiyə liderinin bölgədə davamlı sülhün qalması üçün tarixi imkan yarandığını, Azərbaycanla çiyin-çiyinə, birlikdə fəaliyyət göstərdiklərini qeyd etməsi isə bu deyilənlərin növbəti dəfə ən bariz sübutudur.

Ankara escort İstanbul Travesti Shemale İstanbul