16 Sentyabr 2024 23:02

Lənkəranda rabitəçini elektrik cərəyanı vuraraq öldürdü

Azadsöz.az xəbər verir ki, bu gün Gərmətük kəndi ərazisində internet provayderlərindən birinin əməkdaşı olan Mamusta kənd sakini, 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkərkən, yüksək gərginlikli elektrik xətlərinə toxunub. Bu zaman onu cərəyan vurub.

C.Həsənov Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun həkimə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.