16 Sentyabr 2024 23:28

Göyçayda küçədə 65 yaşlı kişinin ürəyi dayandı – FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, hadisə bu gün saat 22:00 radələrində rayonun Nizami  küçəsində  baş verib.

Rayon sakini, 1959-cu il  təvəllüdlü  Vəliyev   İlqar  Vəli  oğlu küçədə  olan zaman  qəfil ürəyi dayanıb.

Əraziyə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub.Şəxsin meyiti aidiyyatı üzrə tibbi ekspertizaya göndərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Səbuhi  Eltonlu

foto-operator: Şamil İsgəndərov