Azadsöz.az xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlu iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
Qeyd edək ki, şəhid hərbçimiz Şəmkir rayonundandır.