Azadsöz.az xəbər verir ki, “3 iyun – Dünya Velosiped Günü” ilə əlaqədar Göyçay Rayon İcra Hakimiyyətinin, Göyçay rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə veloyürüş təşkil olunub.
Rayon icra hakimiyyəti başçısının və gənclərın iştirak etdiyi veloyürüş şəhərin Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək şəhər Stadionunda yekunlaşmaqla 2 km məsafəni əhatə edib.
Veloyürüşün keçirilməsində məqsəd əhali arasında hər zaman idmana və sağlam həyat tərzinə çağırış və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.