16 Sentyabr 2024 23:28

Gəncə sakinini ildırım vurdu

Azadsöz.az xəbər verir ki,  hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Orxan Quliyevi həmin küçədə ildırım vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.