16 Sentyabr 2024 23:46

Bu qəbiristanlıqda kameralar quraşdırılacaq – VİDEO

Azadsöz.az xəbər verir ki, “Bakıxanov” qəbiristanlığı ərazisində 16 kamera quraşdırılacaq.

Bununla bağlı görüntülər ATV-də yayımlanıb.

Bildirilib ki, giriş hissədə isə qəbiristanlığın iş qrafiki barədə lövhə yerləşdiriləcək. Sözügedən işlərin bu ayın sonuna kimi yekunlaşacağı qeyd olunub.