20 Sentyabr 2024 13:38

Səudiyyə Ərəbistanı Liqasında çempion müəyyənləşdi

Azadsöz.az xəbər verir ki, Səudiyyə Ərəbistanının 31-ci turanda “Əl-Hazem”i məğlub edən “Əl-Hilal” çempionluğunu rəsmiləşdirib.

Gözlənildiyi kimi oyuna daha fəal başlayan meydan sahibləri hesabı 15-ci dəqiqədə açıblar. Aleksander Mitroviç penaltini dəqiq yerinə yetirib – 1:0.

34-cü dəqiqədə Faiz Selemanı bərabərlik qolunu vurub – 1:1.

39-cu dəqiqədə təhlükəni sovuşdurmağa çalışan Əhməd Əl-Cuvayd avtoqol müəllifi olub – 2:1.

İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqəsində Mitroviç fərqi ikiyə yüksəldib – 3:1.

Üç dəqiqə sonra Sergey Milinkoviç-Saviç rəqibi yenidən meydanın mərkəzinə dəvət edib – 4:1.

Qalan vaxtda komandalar çox çalışsalar da, hesab dəyişməyib.

Qeyd edək ki, xallarının sayını 89-a yüksəldən “Əl-Hilal” 19-cu dəfə Səudiyyə Ərəbistanı Liqasının çempionu olub. 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com