19 May 2024 21:41

UEFA Konfrans Liqası: İlk finalçı bəlli olacaq

Azadsöz.az xəbər verir ki, bu gün UEFA Konfrans Liqasında ilk finalçının adına “Klub Brügge” – “Fiorentina” görüşündə aydınlıq gətiriləcək.

İlk oyunda 3:2 hesabı ilə qalib gələn italiyalılar səfər matçında da azarkeşlərinin etimadını doğrultmağa çalışacaqlar. Ev sahibləri də doğma meydan və azarkeş amilindən yararlanaraq qalib gəlmək niyyətindədirlər. Komandaların heyətində zədəlilərin olması baş məşqçilərin işini az da olsa, çətinə sala bilər. Meydan sahiblərindən Boyata, Meyer və Onyedika bu görüşdə komandasına kömək edə bilməyəcək. Qonaqlarda isə yalnız Sottil zədə üzündən oyunu buraxmalı olacaq.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:45-də başlanacaq qarşılaşmanı türkiyəli hakimlər briqadasından Halil Umut Meler idarə edəcək.

8 may

20:45. “Klub Brügge” – “Fiorentina”

Stadion: “Jan  Breydel Stadion” (Brügge)

Baş hakim: Halil Umut Meler