23 Noyabr 2024 15:28

Rusiyadan idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkar edilib

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Tədbirlər çərçivəsində Rusiya Federasiyasından idxal edilən toxumluq kartof məhsuluna Agentlik əməkdaşları tərəfindən fitosanitar baxış keçirilib və nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Aparılmış ekspertizanın nəticələrinə əsasən, “Агрохмель” şirkətinə məxsus 23 məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm − kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) xəstəliyi aşkar edilib. Zərərli orqanizm aşkar edilmiş toxumluq kartofun 10 partiyası fiziki şəxs Vəliyev Cümşüd Səbrulla oğlu, 13 partiyası isə Vəliyev Səbrulla Heybət oğlu tərəfindən idxal edilib.

Bununla əlaqədar, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə məktubla bildirişlər (notifikasiyalar) göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi bildirilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məqsədilə Rusiya Federasiyasının “Агрохмель” ixracatçı şirkəti tərəfindən toxumluq kartof məhsulunun ölkəmizə idxalına 2024-cü ilin 6 may tarixindən müvəqqəti qadağa tətbiq edilib.

Qeyd edək ki, fitosanitar riski yüksək qiymətləndirilən toxumluq kartof yumrularında halqavari bakterial çürümə xəstəliyinin əsas sahib bitkisi kartof hesab edilir. Həmin zərərli orqanizm məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir edir və kartof istehsalında məhsul və keyfiyyət itkisinə səbəb olur. Bu orqanizm əkin sahələrinə düşdüyü halda, uzun müddət həyat qabiliyyətini saxlayır və həmin sahələrdə kartofun əkilməsini səmərəsiz edir.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul