Azadsöz.az xəbər verir ki, Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-dan “Cəfərabad” QPS-dən, saat 10:00-dan isə Qəbələ rayonun 1 qəsəbə və 4 kəndini təchiz edən qaz xəttində qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Şəki şəhəri daxil olmaqla rayonun bir hissəsinin (30 kənd,1 qəsəbə, Qəbələ rayonunun isə Vəndam qəsəbəsinin, Nohurqışlaq, Tüntül, Yengicə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.