Azadsöz.az xəbər verir ki, “Instagram” sosial şəbəkəsinin dünya üzrə istifadəçiləri servisin işində problemlərin yaranması ilə üzləşiblər.
Bu barədə populyar internet saytlarının işini izləyən “Downdetector” resursunun məlumatında deyilir.Portalın məlumatına görə, servisin fəaliyyətində texniki nasazlıqlar bir sıra Avropa, Şimali və Cənubi Amerika və Asiya ölkələrində müşahidə edilib.Bildirilir ki, “Instagram” istifadəçilərinin 58 faizi məlumatlar lentində yeni bildirişlərin yüklənilməsində problemlərlə rastlaşıb, 22 faizi hesaba daxilolma ilə bağlı problemlərdən şikayətlənib, 18 faizi veb-sayt üzrə problemlərlə üzləşib.