20 Sentyabr 2024 16:32

“Göyçay”-“Göyəzən” (Qazax) komandasına UDUZDU

2023/2024-cü illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Həvəskarlardan ibarət komandalar arasında  AFFA Region Liqasının oyunları  keçirilir.

Azadsöz.az xəbər verir ki, AFFA Region Liqasında 1/16 finala vəsiqə qazanan “Göyçay” komandası  “Göyəzən”-ə (Qazax)  qarşı  növbəti  oyununu  keçirib.

Qazax şəhər stadionda baş tutan  oyunun birinci  hissəsində rəqib  komanda  11 metrlik cərimə zərbəsindən qol  vuraraq, fasiləyə  1:0- hesabla  yollanıb.

Oyunun ikinci  hissəsində “Göyçay”  komandası  gözəl oyun nümayiş  etdirsədə, hesabı  artırmaq  imkanından yararlana bilməyib.“Göyəzən” (Qazax) oyunçuları  ikinci hissədə  taktiki gedişlərdən istifadə edərək, hesabı  artırıblar.

“Göyçay” komandası 3-0  hesabı ilə  “Göyəzən” (Qazax) yığmasına  uduzub.

Qeyd  edək ki, 7 aprel  2024-cü il tarixində  Göyçay Şəhər stadionda keçirilən  “Göyçay”-“Göyəzən” (Qazax) oyunu 1:1 hesabı ilə bitib.


Səbuhi  Eltonlu

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com