Azadsöz.az xəbər verir ki, “Turkish Airlines” və “Pegasus” aviaşirkətləri İran, İraq, İordaniya və Livana uçuşların dayandırılması barədə qərar qəbul ediblər.
Qərar İranın İsrailə hücumu ilə bağlı Yaxın Şərqdə yaranan, eyni zamanda, ayrı-ayrı dövlətlərdə hava məkanının bağlanması ilə nəticələnən yeni gərginlik dalğası fonunda verilib.
Türkiyə aviaşirkətləri rəhbərlərinin məlumatına görə, dörd ölkəyə reyslər azı sutka ərzində həyata keçirilməyəcək. Adıçəkilən ölkələr istiqamətində uçan təyyarələr qərar qəbul edildiyi məqamda Türkiyənin İstanbul, Diyarbəkir, Elazığ və digər şəhərlərinə yönəldilib.