06 May 2024 01:44

Fərqliliyimiz Uğurumuzdur

Çingiz Abdullayevin son durumu AÇIQLANDI

Azadsöz.az xəbər verir ki, səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin durumu yaxşılaşıb.

Bu barədə “Report”a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, Ç.Abdullayevin həyatı üçün təhlükə sovuşub, durumu sabitləşib. Hazırda Xalq yazıçısının müalicəsi xəstəxana şəraitində davam etdirilir.
Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısı səhhətində yenidən problem yarandığından hospitala yerləşdirilib.