19 May 2024 05:22

Ağcabədidə 3 otaqlı evdə yanğın olub

Azadsöz.az xəbər verir ki, Ağcabədi şəhərində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.