Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Azadsöz.az xəbər verir ki, 18-29 mart 2024-cü il tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz, Masallı, Lənkəran, Qazax rayonlarında fəaliyyət göstərən 18 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
Bakı şəhəri üzrə | |||
|
Həsənov Turab Qurbani oğlu | Binəqədi rayonu, Biləcəri qəsəbəsi | İnzibati protokol tərtib edilib |
|
Quliyev Tural Akif oğlu | Binəqədi rayonu, Biləcəri qəsəbəsi, | İnzibati protokol tərtib edilib |
|
Əliyev Ruhi Rəhman oğlu | Binəqədi rayonu, Biləcəri qəsəbəsi, | İnzibati protokol tərtib edilib |
|
Çıraqov Məzahir Yapon oğlu | Binəqədi rayonu, Biləcəri qəsəbəsi, | İnzibati protokol tərtib edilib |
|
Beydiyev Əkbər Kamran oğlu | Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 24 | İnzibati protokol tərtib edilib |
|
Şükürov Elnur Hümbət oğlu | Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi | İnzibati protokol tərtib edilib |
|
Mahmudov Şahin Vaqif oğlu | Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi | İnzibati protokol tərtib edilib |
|
Çıraqov Nazim Məmməd oğlu | Binəqədi rayonu, Biləcəri qəsəbəsi | İnzibati protokol tərtib edilib |
|
Həsənəliyev İman İsgəndər oğlu | Suraxanı rayonu, Qum adası | İnzibati protokol tərtib edilib |
|
Quliyev Eldar Eyvaz oğlu | Suraxanı rayonu, Qum adası | İnzibati protokol tərtib edilib |
|
Ağasiyev Hafiz Ağahüseyn oğlu | Suraxanı rayonu, Zığ kəndi | İnzibati protokol tərtib edilib |
Xaçmaz rayonu üzrə | |||
|
Qasımov Mirmayıl Mirəli oğlu | Xaçmaz şəhəri, 20 Yanvar küçəsi | İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə | |||
|
Kərimov Bəhruz Səlim oğlu | Ərkivan qəsəbəsi | İnzibati protokol tərtib edilib |
|
Dadaşov Mahir İmanqulu oğlu | Boradigah qəsəbəsi | İnzibati protokol tərtib edilib |
Lənkəran rayonu üzrə | |||
|
Seyfullayev Taleh Mircəlal oğlu | Digah yolu, Ələt-Astara magistralı | İnzibati protokol tərtib edilib |
|
Qurbanov İsrafil Mütəllim oğlu | Şürük kəndi | İnzibati protokol tərtib edilib |
|
Əliyev Elşən İsa oğlu | Vilvan kəndi | İnzibati protokol tərtib edilib |
Qazax rayonu üzrə | |||
|
Əliyev Ramin Valeh oğlu | Daş Salahlı kəndi | İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.