08 Sentyabr 2024 03:46

Ucarda 4 otaqlı ev yanıb

Azadsöz.az xəbər verir ki, rayonunun Bərgüşad kəndində ümumi sahəsi 300 m² olan kürsülu, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.