Azadsöz.az xəbər verir ki, yanğın gecə saat 3 radələrində Balakən şəhərinin 28 May küçəsində ümumi sahəsi 1200 kvadratmetr olan kömür istehsalı sexində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Hadisə nəticəsində sexin dam örtüyünün 100 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb.
Sexin qalan hissəsi, kömür istehsal edən dörd ədəd texniki avadanlıq və sexdə olan digər əşyalar yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.