Azadsöz.az xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir ay ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 21 nəfər saxlanılıb.
Həyata keçirilən digər tədbir zamanı oğurluq edən rayon sakinləri – əvvəllər məhkum olunmuş İlkin Məmmədov və Anar Osmanov saxlanılıblar.
Onların rayon ərazisində xırdabuynuzlu heyvanları oğurladıqları məlum olub. A.Osmanov və İ.Məmmədov heyvanları Qəbələ rayonuna apararaq orada satdıqlarını bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar aparılır.