20 Sentyabr 2024 16:34

Naxçıvanda yol qəzası baş verib:Dörd nəfər xəsarət alıb

Azadsöz.az xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Uzunoba yolu ətrafında qeydə alınıb.
“Mercedes” markalı avtomobilin aşması nəticəsində 4 nəfər – 2001-ci il təvəllüdlü Abuzərov İbrahim Nuhali oğlu, 1988-ci il təvəllüdlü İsmayılov Yusif Həsən oğlu, 1995-ci il təvəllüdlü Ələkbərov Elvin Hüseyn oğlu və sürücü, 1961-ci il təvəllüdlü Əliyev Zahid Firudin oğlu xəsarət alıblar.
Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com