Azadsöz.az xəbər verir ki, Ermənistan mətbuatının məlumatına görə, dəstə üzvləri Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə döyüş hazırlığı keçməyə yollanmağı planlaşdırıblar.
Dəstənin 24 üzvünün saxlanıldığı və silah-sursatlarının müsadirə edildiyi vurğulanıb.
Ermənistan DİN onları qanunsuz silah-sursat daşımada ittiham edib. Əslində isə sözügedən silahlı dəstə Qazaxın işğal altındakı kəndlərinin Azərbaycana təhvil verilməsinə qarşı çıxaraq müqavimət hərəkatı yaratmağa cəhd edib.
Yeri gəlmişkən, Ermənistanın iştirakdan imtina etdiyi KTMT-nin illik təlimləri də “Döyüş Qardaşlığı” adlanırdı.