Bu gün Azadsöz.az xəbər saytının 3 yaşı tamam olur. 22.03.2021-ci il tarixindən fəaliyyətə başlayan xəbər saytı üç il ərzində özünəməxsus xidməti ilə seçilib və qısa müddət ərzində geniş izləyici auditoriyası toplamağa müvəffəq olub.Üç il bir media orqanı üçün uzun tarix sayılmasa da, bu müddət ərzində çətin və məsuliyyətli yolda daima irəliyə doğru addımlamağı qarşısına məqsəd qoyub.
Xəbər portalının kollektivi obyektivliyi və qərəzsizliyi hədəfə alaraq 7/24 saat müddətində ölkədə və dünyada baş verən müxtəlif yönümlü hadisələrlə oxucuların xəbər ehtiyaclarını tam şəkildə ödəməyə nail olub. Daima yeniliklər axtarışında olan sayt rəhbərliyinin və kollektivin əsas məqsədi media sahəsində aparıcı mövqedə özünə yer tutmaq olub.Əvvəlki illərdə olduğu kimi bu ildə xəbər portalı yeni bir görkəmdə, fərqli dizaynda oxucuların ixtiyarına verilib.
Bizi oxuduğunuz üçün Azadsöz.az kollektivi olaraq sizlərə təşəkkür edirik!