17 May 2024 06:11

Göyçayda pirotexniki vasitələr satılan obyektlər aşkarlanıb

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə pirotexniki vasitələrin satışının həyata keçirildiyi mağazalar müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, obyektin sahibləri H.Məmmədov və İ.Salmanov pirotexniki vasitələrin satışı ilə məşğul olduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, baxılması üçün rayon məhkəməsinə göndərilib.