Azadsöz.az xəbər verir ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana 1 993 ton süd və qaymaq idxal edilib.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 3 milyon 151 min ABŞ dolları olub.
Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 103 ton (5,4 %) çox, dəyər baxımından isə 1 milyon 105 min ABŞ dolları (25,9 %) azdır.
Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.