23 Noyabr 2024 19:43

Qurban Qurbanovun rekordu təhlükədə

Azadsöz.az xəbər verir ki, 2024-cü ildəki ilk oyununa martın 22-də çıxacaq Azərbaycan millisinin heyətindəki futbolçuların yığma göstəriciləri müəyyənləşib.

Millinin müvəqqəti baş məşqçisi Arif Əsədovun əsas siyahısında 24, ehtiyat oyunçular sırasında 4 futbolçu yer alıb.

Millinin ən təcrübəli üzvü Bədavi Hüseynovdur. O, 68-ci matçına çıxa bilər. Ramil Şeydayev isə yubiley – 60-cı oyun astanasındadır.

Beş futbolçu isə debüt anını gözləyir. Rza Cəfərov, Emil Mustafayev, həmçinin ehtiyat siyahıda yer alan Rövlan Muradov, Orxan Əliyev və Abdullazadə hələ yığmada şans qazanmayıb.

Hazırkı heyətin bombardiri Emin Mahmudovdur. Onun hesabında 13 qol var

Yarımmüdafiəçi 1 qol vursa, milli tarixinin ən yaxşı bombardiri adına şərik çıxacaq. O, Qurban Qurbanovun rekorduna çatmaq imkanına malikdir.

Qeyd edək ki, millimiz martın 22-də Monqolustanla qarşılaşacaq.

futbolçular oyun qol
Bədavi Hüseynov 67 1
Ramil Şeydayev 59 10
Emin Mahmudov 45 13
Renat Dadaşov 28 3
Bəhlul Mustafazadə 27 0
Şahrudin Məhəmmədliyev 26 -33
Eddi İsrafilov 24 0
Səlahət Ağayev 21 -26
Aleksey İsayev 20 1
Coşqun Diniyev 20 0
Toral Bayramov 19 1
Elvin Cəfərquliyev 17 1
Rahil Məmmədov 16 0
Elvin Camalov 15 0
Filip Ozobiç 13 1
Musa Qurbanlı 10 1
Qismət Alıyev 8 0
Amin Seydiyev 7 0
Ozan Can Kökçü 6 0
Bəxtiyar Həsənalızadə 4 0
Vüsal İsgəndərli 3 0
Ceyhun Nuriyev 1 0
Emil Mustafayev 0 0
Rza Cəfərov 0 0
Orxan Əliyev* 0 0
Rüfət Abdullazadə* 0 0
Murad Xaçayev* 1 0
Rövlan Muradov* 0 0

* – ehtiyat siyahıda yer alan futbolçular.

Ankara escort İstanbul Travesti Shemale İstanbul