18 May 2024 07:00

“Bayer” – “Qarabağ” matçına biletlər satışa çıxarıldı

Azadsöz.az xəbər verir ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) – “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) bu gün saat 22:00-dan etibarən iticket.az-da satışa çıxarılıb. 

Bu barədə “Qarabağ” klubu məlumat yayıb.

Bildirilir ki, biletin qiyməti 31 manat təşkil edir.

Qeyd edək ki, qarşılaşma martın 14-ü “BayArena”da keçiriləcək.