Azadsöz.az xəbər verir ki, UEFA “Benfika”nı cərimələyib.Bu məlumatı qurumun rəsmi saytı yayıb.
Buna Lissabon təmsilçisinin Fransada “Tuluza” ilə qolsuz heç-heçə etdiyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda (0:0) yaşananlar səbəb olub.
Fevralın 22-də baş tutan görüşdə qonaq azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər və meydana kənar əşyalar atıblar. “Benfika” buna görə 20000 avro ödəyəcək.
Klub stadiona ziyan dəydiyi üçün əlavə 8000 avro verməli olacaq.