Azadsöz.az xəbər verir ki, Rusiya-Ukrayna münaqişəsi zamanı həlak olan mülki şəxslərin sayı 10 703 nəfərə çatıb.
Bu barədə BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Mohamed Khaled Hiari bildirib.
O, BMT Təhlükəsizlik Şurasının sessiyasında qeyd edib ki, BMT münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə yayılmasından narahatdır.
BMT nümayəndəsinin sözlərinə görə, rus qoşunları münaqişənin yayıldığı kənd, qəsəbə və şəhərləri demək olar ki, tamamilə dağıdıblar.