Azadsöz.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərar verib.
Qərarda deyilir:
1. Səlamət Musa oğlu Kərimov 65 saylı Salyan-Biləsuvar-Neftçala, Kərim Allahverdi oğlu Heydərov 77 saylı Lənkəran şəhər, İlham Xudaş oğlu Abdulov 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. İqbal Musa oğlu Rəcəbov 77 saylı Lənkəran şəhər, Abbas Ələmdar oğlu Quliyev 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Müavin Rövzət Qasımov
Katib Arifə Muxtarova
Üzvlər
Fuad Cavadov
Şaitdin Əliyev
Bəxşeyiş Əsgərov
Nailə Əsgərova
Tofiq Həsənov
Ramiz İbrahimov
Validə Kazımova
İlham Məmmədov
Nizami Nadirxanlı
Qabil Orucov
Hüseyn Paşayev
Almas Qəhramanlı
Etibar Quliyev
İlkin Şahbazov