20 Sentyabr 2024 10:56

“Qarabağ” güclü “Bayer”lə heç-heçə etdi – YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın “Bayer 04” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb – 2:2.

26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

****

22:34

Azadsöz.az xəbər verir ki, UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində “Qarabağ” – “Bayer” oyununda hesab dəyişib.Oyunun 45-ci dəqiqəsində Juninyo dəqiq zərbə ilə “Qarabağ”ı 2:0 önə keçirir.

Birinci hissə bitdi. 

****

22:13

Azadsöz.az xəbər verir ki, UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində “Qarabağ” – “Bayer” oyununda hesab açılıb.

Oyunun 26-cı dəqiqəsində Juninyonun ötürməsini Benzia dəqiq zərbə ilə qola çevirir. “Qarabağ” 1:0 önə keçir.

 

 

 

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com