16 Sentyabr 2024 23:17

Mixail Mişustin Azərbaycana işgüzar səfərə gəlib-YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər qarşıladılar.

*****
09:20

Azadsöz.az xəbər verir ki,  Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, o, Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşəcək.

Daha əvvəl məlumat verilmişdi ki, M.Mişustinin səfəri çərçivəsində Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.

Hökumətlərarası və qurumlararası sənədlərin imzalanması da planlaşdırılır.