16 Sentyabr 2024 23:36

Möhübbət Babayev vəzifədən azad edildi

Azadsöz.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev vəzifədən azad olunub.

Möhübbət Babayev yaşa görə təqaüdə göndərilib.

Hazırda Lənkəran ŞİH başçısının birinci müavini ilə yanaşı başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsi də boşdur.

Qeyd edək ki, M.Babayev 2017-ci ildə icra başçısının birinci müavini təyin edilmişdi.