16 Sentyabr 2024 23:38

Anar Qafarov DİN-də şöbə rəisi təyin edildi

Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsində şöbə rəisi təyinatı olub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xidmətin inspektoru, polis mayoru Anar Qafarov mətbuat xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.