16 Sentyabr 2024 23:33

1 şəhər və 6 rayonda sertifikasiyaya dəstək məqsədilə Alternativ Təlim Mərkəzləri fəaliyyət göstərir-FOTO

Azadsöz.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi 1 şəhər və 6 rayonun ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə Alternativ Təlim Mərkəzləri fəaliyyət göstərir.

Qeyd olunan mərkəzlərdə müəllimlərə İKT bacarıqları, kompüterdən düzgün istifadə üsulları və eləcə də imtahan prosesi ilə bağlı digər zəruri məqamlar diqqətə çatdırılır. Sözügedən təlimlərdən yararlanmaq istəyən müəllimlər öncədən yerli rayon (şəhər) üzrə təhsil sektorlarına müraciət edə bilərlər.
İmtahan mərkəzləri: https://ref.az/82Avxr
Bundan əlavə olaraq müəllimlərlə sertifikatlaşdırma prosesi ilə bağlı Regional Təhsil İdarəsi və sturuktur bölmələr tərəfindən mütəmadi maarifləndirici görüşlər keçirilir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2024-cü ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesinə ümumi təhsil müəssisələrində çalışan riyaziyyat, ingilis dili, rus dili və ədəbiyyatı, alman dili və fransız dili fənni üzrə müəllimlər cəlb olunacaq.