16 Sentyabr 2024 23:00

Toy mərasiminə hazırlaşan kənd sakini avtomobil qəzası nəticəsində dünyasını dəyişib

Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, ötən gün Yevlax rayonu ərazisində Şəki rayonu, Böyük Dəhnə kənd sakini Elnur Abdullayevin idarə etdiyi “Opel” markalı avtomobil qarşıda gedən yük avtomobili ilə toqquşub. Qəza nəticədə 28 yaşlı E.Abdullayev aldığı ağır xəsarətlərdən həyatını itirib.

Toy mərasiminə hazırlaşdığı bildirilən mərhum E.Abdullayev həmin gün paytaxta toy tədarükü üçün gəlsə də, təəssüf ki, istirahət etmədən geri qayıtmaq haqda verdiyi qərar ona və sevdiklərinə bərpası mümkün olmayan itkilər hesabına başa gəlib.

Ümid edirik ki, dəfələrlə yorğun, yuxusuz halda sükan arxasında əyləşməyin yaratdığı acı faciələr, məhv olan gənc talelər haqda edilən xəbərdarlıqlara baxmayaraq, eyni səbəbdən daha bir hadisənin qeydə alınması, yəqin ki, sürücüləri bir daha düşünməyə vadar edəcək.