16 Sentyabr 2024 23:02

Biləsuvarda əkin sahəsindən “Kalaşnikov” tapıldı – FOTO

Azadsöz.az xəbər verir ki, Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindəki əkin sahəsinin yaxınlığından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.