16 Sentyabr 2024 23:16

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə zənginləşdirmə fəaliyyətindən narahatdır

Azadsöz.az xəbər verir ki, İran nüvə enerjisindən kommersiya istifadəsi üçün lazım olandan daha çox uran zənginləşdirməyə davam edir.

Bu barədə BAEA-nın rəhbəri Rafael Qrossi deyib.

Qrossi gələn ay Tehrana səfər edəcəyini deyib.

Qrossi “Reuters” agentliyinə müsahibəsində bildirib ki, BMT-nin təzyiqinə baxmayaraq, İran yüksək sürətlə uran zənginləşdirməyə davam edir və ayda yeddi kiloqrama qədər 60% saflıqda uran zənginləşdirir.

Qeyd olunub ki, uranın 60 faizədək zənginləşdirilməsi silah istehsalı səviyyəsinə yaxındır və kommersiya istifadəsi üçün lazım olandan artıqdır.