16 Sentyabr 2024 23:05

Ekvador Ukraynaya silah verməkdən imtina edib

Azadsöz.az xəbər verir ki, Ekvador Ukraynaya köhnə hərbi texnika verməkdən imtina edib.

Bu barədə Ekvadorun xarici işlər naziri Qabriela Sommerfeld parlament komissiyanın iclasında deyib.

Nazirin sözlərinə görə, Ekvador prezidenti Daniel Noboa beynəlxalq silahlı münaqişədə iştirak edən ölkələrə hərbi texnika tədarük etməməklə bağlı aydın göstəriş verib.

Qeyd edək ki, bir qədər əvvəl Ekvador hakimiyyəti könhə sovet texnikasını “metal tullantıları” adlandırıb və ABŞ-yə göndərəcəyini bildirib. Məlumata görə, ABŞ isə öz növbəsində bu silahları Ukraynaya göndərmək niyyətində olub.