Azadsöz.az xəbər verir ki, “Uşaq hüquqları haqqında” qanun layihəsi hazırlamışıq və aidiyyəti qurumlarla müzakirələr aparılır.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Dövlət Komitəsinin “Facebook” səhifəsinin canlı efirində “Uşaqlar arasında zorakılıq halları” mövzusunda müzakirə zamanı deyib.
O qeyd edib ki, uşaqların bu cür aqressiv davranışlarının qarşısını almayan valideynlər üçün də məsuliyyət nəzərdə tutulur.
DİN-in yaydığı mlumata görə, qıza qarşı uyğunsuz hərəkət edən şagirdlə bağlı məsələ nəzarətə götürülüb. İş üzrə ekspertiza təyin olunub. Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıləb. İstintaq hərəkətləri davam etdirilir.