Azadsöz.az xəbər verir ki, 2024-cü ilin yanvar ayında Türkiyənin Türkmənistana hazır geyim məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 19,2 faiz azalaraq, 913,2 min dollara bərabər olub.
TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Vurğulanıb ki, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 19 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.
2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 14,6 faiz azdır.