16 Sentyabr 2024 23:24

Bank kartından 6 min manat oğurladılar

Azadsöz.az xəbər verir ki,Sumqayıtda bank kartından oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 6050 manatını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Vüqar Nəsibov və Ruslan Heydərov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.