Xəbər verdiyimiz kimi, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən Heydər Əliyev prospektində rayonun girişini bildirən “Göyçay” giriş lövhəsinin qarşısından prospektin yolboyu piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərin kənarlarına ümumilikdə 950 ədəd Eldar şamının və küknar ağacının əkilməsi işləri yekunlaşıb.
Azadsöz.az xəbər verir ki, əkilməsi nəzərdə tutulan ağacların yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq görülüb.Daha sonra əkilməsi işləri həyata keçirilib.Yeni əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb, su maşını vasitəsilə suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, rayonun digər yerlərinə ağacların əkilməsi işləri qrafikə uyğun olaraq aparılacaq.
16 fevral 2024
Azadsöz.az xəbər verir ki, Göyçayda yaşıllıqların artırılması və ətraf mühitin sağlamlaşdırılması məqsədi ilə mövsümə uyğun olaraq ağacəkmə aksiyasına start verilib.Rayonun parkları daxil olmaqla, küçələrin yaşıllıq ərazilərinə müxtəlif növ ağacların əkilməsi işləri həyata keçirilir.
Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən Heydər Əliyev prospektinin rayonun girişini bildirən “Göyçay” giriş lövhəsinin qarşısındakı əraziyə fosfor gülü əkilib.
Bununla yanaşı yolu boyunca prospektin kənarlarına Eldar şamının və küknar ağacının əkilməsi üçün ağacların yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq görülüb.
Daha sonra əkilməsi işləri həyata keçirilib.Yeni əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və suvarılaraq aqrotexniki qulluq göstərilib.İlkin olaraq 458 ədəd ağac əkilib.Nəzərdə tutulmuş əraziyə müəyyən sayda ağacın əkilməsi işləri davam etdiriləcək.
Göyçay Şəhər Təsərrüfatı Birliyi tərəfindən rayonumuzun sakinlərinə müraciət ünvanlanıb.
Müraciətdə bildirilir ki, yeni əkilmiş həmişəyaşıl ağacların olduğu yerə vətəndaşlar tərəfindən iri və xırda buynuzlu heyvanların daxil olmasına, əkilən ağacların çıxarılaraq kənara atılmasına və yaxud çıxarılaraq başqa yerlərə əkilməsinə, küləkdən qorunması üçün ağaclara basdırılan dirəklərin lazımsız bilib götürərək, istifadə etmələri heç də müsbət qiymətləndirilmir.
Unutmayaq ki, ekologiyanı qorumaq üçün hər birimiz ətrafımızdan və öz evimizdən başlamalıyıq.Sizlərdən xahiş olunur bu müraciətimizi diqqətdə saxlayıb, qeyd etdiyimiz tövsiyələrə ciddi əməl edəsiniz.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov