16 Sentyabr 2024 23:10

Moskvada MiQ zavodunda yanğın olub

Azadsöz.az xəbər verir ki, Moskvada Leninqrad prospektində yerləşən MiQ zavodu yanır.

Bu barədə rus teleqram kanalları məlumat yayıb. 

İlkin məlumata görə, yanğın zavodun mövcud binasına bitişik yenidən qurulan sexdə baş verib. Bildirilir ki, yanğın binanın ikinci və üçüncü mərtəbələrində başlayıb, onun sahəsi 70 kvadratmetr olub. İşçilər zavoddan təxliyə edilib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası göndərilib.