16 Sentyabr 2024 23:31

Ağsu sakini tüfəng atəşi nəticəsində yaralanıb

Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatında bildirilir ki, Ağsu rayon sakini E.Ələkbərovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.

Araşdırma aparılır.