Azadsöz.az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ və narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Ramil Şiriyev Ərkivan qəsəbəsi ərazisində saxlanılıb. Axtarış zamanı şəxsin üzərindən “Makarov” modelli tapança və həmin silaha aid 8 ədəd patron aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.