19 May 2024 19:48

Xocavənddəki partlayışın TƏFƏRRÜATI – YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonunda baş verən sursat partlayışı hadisəsi ilə bağlı məlumat yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən verilən məlumata görə, 2024-cü il 10 fevral tarixində Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib.

Arıçılıq təsərrüfatı ilə məşğul olan 1966-cı il təvvəllüdlü Samir Füzuli oğlu Ələsgərov arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının alışdırıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb. 

Zərərçəkən şəxsin sağ əlinin üç barmağı amputasiya olunub.

*****

11:05

Azadsöz.az xəbər verir ki,  Xocavənddə hərbi təyinatlı partlayıcı partlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, fevralın 10-da saat 09:30-da Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması ilə bağlı polisə məlumat daxil olub.

Bildirilib ki, 1996-ci il təvəllüdlü Samir Füzuli oğlu Ələsgərov əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.