Azadsöz.az xəbər verir ki, mərhum Əməkdar artist Səməndər Rzayevin məzarı ilə bağlı sosial şəbəkədə görüntülər yayımlanıb. İddia edilib ki, məzar baxımsız vəziyyətdədir.
“Allah bəlasını versin bunu düzəldib paylaşanların. Bu qədər şərəfsizlik olmaz. Yasamal qəbiristanlığından reportaj hazırlamışdı. Atamın məzarının montaj olunmuş fotosunu da manşetə çıxarılmışdı. Zəng vurub iradımı bildirdim. Guya fotonu yazıdan götürdülər. İndi bilirəm ki, sən demə məzarla bağlı video düzəldib, TikTok-da paylaşıblar. Heç nə demirəm, dünyasını dəyişmiş insanların ruhunu aşağılayan, onların varislərinin heysiyyatı ilə oynayan hər kəs mən yaşadığımı yaşasın. Mənim kimi əzizləri yanaşı yatsın məzarda, bəlkə o zaman insafları qimıldanar. Amma inanmıram. Vicdanı, insafı, əxlaqı pul olanlar çətin dönüb insan olsun. Sadəcə Allaha tapşırıram belələrini”.
R.Səməndər daha sonra atasının məzarının fotosunu yayımlayaraq “Budu ailəmin məzarı. Görün burada baxımsızlıqdan əsər- əlamət varmı? Allah atamın haqqında olmayan əhvalatlar, səviyyəsiz lətifələr uydurub yayımlayanların, ruhunu incidənlərin bəlasını versin” sözlərini yazıb.