16 Sentyabr 2024 23:34

Abşeronda 6 otaqlı evdə yanğın baş verib

Azadsöz.az xəbər verir ki, Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 90 m² kürsülü, ikimərtəbəli (hər mərtəbəsi 45 m²) olan 6 otaqlı evin 2-ci mərtəbəsinin bir otağında qaz sobasının ətrafı və ev əşyaları 4 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.