16 Sentyabr 2024 23:40

Salyanda 7 ton ot bağlaması yandı

Azadsöz.az xəbər verir ki, rayonunun Sarvan kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 10 ton ot bağlamasının 7 tonu yanıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.